Maraqlı

Xəstənin mədəsindən kilo yarım qəpik çıxdı - Əməliyyat

30 Noyabr 2022 21:40
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Karnataka ştatının Baqalkot şəhərinin həkimləri maraqlı əməliyyat həyata keçirib. Belə ki, nadir xəstəlik diaqnozu qoyulan xəstənin mədəsindən udduğu 187 sikkə çıxarıblar.

Milli.Az xəbər verir ki, bu barədə "The Hindu" məlumat yayıb.

Bildirilir ki, Linqasuqurdan olan 58 yaşlı Dyamappa Harijan PİK xəstəliyindən əziyyət çəkirmiş. Bu, yeyilməz əşyaları yemək üçün obsesif istəyin formalaşdığı bir yemək pozuqluğudur.

Kişinin yaxınları onun mədəsində kəskin ağrı şikayətləri ilə Baqalkot şəhərindəki xəstəxanaya gətiriblər. Həkimlər rentgen və endoskopiya aparıb və xəstənin qarnında yad cisimlər aşkar edilib. Mütəxəssislər hindlinin mədəsindən ümumi çəkisi bir kiloqram yarım olan müxtəlif nominallı sikkələr çıxarıblar. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.