Cazibədar görünməyin ən sadə yolu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vodolozka payız-qış mövsümünün ən yaxşı uniformasıdır. Həm bədəni isti saxlayır, həm müxtəlif paltarlarla, həm də həcmli sviterlərdən fərqli olaraq kurtka və dar paltolarla çox gözəl uyğunlaşır. Üstəlik obrazınızı daha bahalı göstərə bilir.
Milli.Az modapərəst oxucuları bir vodolozka ilə "bahalı" görünməyin yolları ilə tanış edir.
Tvid pencək və cins şalvar
Tvid istənilən, hətta ən sadə obraza belə fransız şarmı və aristokratiyasını bəşx edən ən nəcib materiallardan biridir. Məsələn, nazik yun vodolozka ilə düz kəsim cins şalvar və tvid pencək. Obrazı sabit dabanlı çəkmə ilə tamamlaya və istənilən yerə gedə bilərsiniz. Bu birləşmə hər yer üçün uyğun olacaq.
Klassik kostyum
Kişi şalvarı və pencəyi dəyişməz klassikadır, odur ki, altındakı üst geyimin sadə olması daha məqsədəuyğundur. Sadə və düyməli köynəklər yay üçün uyğun olsa da, soyuq havalarda onları vodolozka ilə əvəz etməyə çalışın. Vodolozka kostyumla eyni rəngdə ola və ya möhtəşəm kontrast yarada bilər. Bu dəstin nə qədər çox yönlü və zərif görünəcəyini söyləməyə ehtiyac yoxdur.
Uzun palto
Vodolozka gündəlik obrazlar üçün rahat seçimdir. Onu boş cinslə birləşdirin: həm böyük ölçülü, həm də karqo modelləri uyğun gəlir. İri cibli şalvarlar artıq bir neçə mövsümdür ki, trendlər siyahısını tərk etmir. Dəsti həm sırıqlı gödəkçə, həm dublyonka ilə birləşdirə bilərsiniz, lakin silueti vizual olaraq uzatmaq üçün maksi paltoya üstünlük vermək daha yaxşıdır.
Qalın jaket və enli şalvar
Bu iki geyimin birləşməsi rahat, eyni zamanda zərifdir. Kostyum parçasından tikilmiş enli şalvarlar görünüşünüzə incəlik, həcmli trikotaj jaket isə rahatlıq qatacaq. Dəstin "əhvalını" təyin edən son toxunuş ayaqqabı olacaq. Bu həm idman ayaqqabısı, həm də hündürdaban ayaqqabı ola bilər. Vəziyyətdən asılı olaraq özünüz seçə bilərsiniz.
Ətək və uzunboğaz çəkmə
Bəlkə də ən zərif seçimdir. İşgüzar görüşlər, dostlarla səhər yeməyi, muzey və teatra getmək üçün idealdır. Əgər vodolozkanın üstündən ətəklə eynirəngdə palto geyinsəniz, bu mövsümün ən dəbli obrazlarından birini yaradacaqsınız. Silueti vizual olaraq uzatmaq və ayaqları vurğulamaq üçün ətəyi dikdabanlarla tamamlayın. (publika)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Türkiyədə 10 ilin cinayətinin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
XƏBƏR LENTİ
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 ilin cinayətinin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO





