Maraqlı

Bu qış dəbdə olacaq rənglər - FOTO

18 Noyabr 2022 21:39
Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qışın gəlişinə az qalıb. Təqvim qarşısıalınmaz şəkildə irəliləyir və termometrin rəqəmləri isə davamlı olaraq aşağı düşür. Odur ki, qarşıdan gələn mövsümün tendensiyaları ilə tanış olmağa dəyər.

Milli.Az oxucuları payız-qış mövsümünün ən dəbli çalarları ilə tanış edir.

Çəhrayı

Gözlənilməz olsa da, siyahını çarhayı ilə açıq elan edirik. Çəhrayı bəlkə də qış üçün ən uğurlu rəng deyil. Ancaq soyuq mövsümdə qarderobu canlandırmaq istəyirsinizsə, bu rəngin müxtəlif çalarlarına diqqət yetirin. Həm də əhval-ruhiyyənizi qaldırmağa kömək edəcək. Odur ki, çəhrayı rəngdə nə görsəniz, dərhal alın. Ən azı yaya qədər təxirə salmayın, çəhrayı sviter, papaq və digər geyimlər qış aylarında da aktual olacaq.

Alqırmızı

Qışınızı parıltılı edən başqa bir zəngin rəng qırmızıdır. Kərpic tonlarından alqırmızıya qədər istənilən çalarlar aktualdır. Qırımızı ümumi görünüşü bahalı göstərən rənglər arasında gəlir, odur ki, bir neçə qırmızı rəngi birləşdirməkdən və ya başdan ayağa qırmızıya bürünməkdən qorxmayın.

Sarı

Şən çalarların qırmızı ilə bitdiyini düşünməyin. Qarşıdan gələn qışın başqa bir hiti sarıdır. Sarı rəng şaxtalı qış gecələrində həyatınıza günəşi gətirəcək.

Şokolad

Bu qış qəhvəyinin bütün tonları moda aləminin gündəmində olacaq. Qara rəngin ən yaxşı alternativi tünd şokoladın dərin tonlarıdır. Müxtəlif rənglərlə ahəngi asan olmasa da, obraz daha isti olacaq. Xüsusilə yumşaq kaşmir və dəri kimi materiallarda qəhvəyi daha effektli təsir yaradır.

Xaki

Xaki adı ilə tanınan zeytun yaşılı bu qış hamıya lazım olacaq. Parka modellərinin xaki rəngləri qışın sərt soyuğundan qorunmaq üçün ən əlverişli seçimlər arasında gəlir. Bununla belə, bu rəngli zərif dəri gödəkçələr dəbdədir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.