Maraqlı

Meymun spirtli içkilərə aludə olub və içki mağazalarını soymağa başlayıb - VİDEO

6 Noyabr 2022 04:31
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttar-Pradeş ştatının Ray-Bareli şəhərində meymun spirtli içkilərə aludə olub və spirtli içki satan mağazaları soymağa başlayıb.

Milli.Az bildirir ki, bu barədə "India Times" məlumat yayıb.

Mağazalardan birinin sahibi spirtli içki sevən meymunun onu və digər mağaza sahiblərini qorxutmasından şikayətlənib. Alkoqol şüşələri almasına mane olanda, heyvan aqressivləşib. Bəzi hallarda primat hətta müştərilərdən içki də götürüb.

Asılılığına görə meymun şəhərdə məşhur olub. Hadisə şahidləri tərəfindən çəkilən videolarda heyvanın pivə qutusunu açıb insanların gözü qarşısında acgözlüklə içdiyi görünüb. Yerli məmur Rajendra Pratap Singh Meşə Ehtiyatları Departamentinin köməyi ilə meymunu tutmağa çalışdıqlarını bildirib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.