Maraqlı

Planetin 9 ən gözəl qadınını... kompüter müəyyənləşdirdi - FOTO

14 Oktyabr 2022 21:21
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estetik həkimlər riyazi düsturun köməyi ilə məşhurlar arasından planetin ən mükəmməl qadınlarını hesablayıblar.

"Könül sevən göyçək olar" deyirlər. Bəs gözəllərə Hollivudun ən nüfuzlu plastik cərrahlarından birinin gözündən baxsaq, nəcə? Plastik cərrah Julian De Silva ən son kompüterləşdirilmiş analitika sistemi ilə gözəlliyin qızıl nisbətini ölçüb. Bunun üçün o, qədim yunan düsturundan istifadə edərək məşhur qadınların yüzlərlə fotosunu skan edib.

Milli.Az xəbər xarici mediaya istinadla xəbər verir ki, nəticədə cərrah kompüterin köməyilə ən gözəl 9 qadını müəyyənləşdiib.

Parametrləri Phi nömrəsinə ən yaxın olanlar qalib gəlib. Qədim yunanlara görə, gözəllik üz və bədənin müəyyən nisbətləri ilə ölçülə bilər. Nisbət 1.618-ə nə qədər yaxın olarsa, insan bir o qədər arzuolunan və mükəmməl sayılır.

Başqa sözlə: siyahı qərəzsizdir, riyazi düsturlara və nisbətlərə əsaslanır. Görəsən, dünya ulduzlarından hansı 100 faiz gözəllik idealına daha yaxındır?

Codi Komer - 94,52%

Zendaya - 94,35%

Bella Hadid - 94,35%

Beyons - 92,44%

Ariana Qrand - 91,81%

Teylor Svift - 91,64%

Cordan Dann - 91,39%

Dipika Padukone - 91,22%

Xo Yen Çon - 89,63%. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.