Maraqlı

2 minlik güldan 7.7 milyona satıldı - FOTO

6 Oktyabr 2022 17:48
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada ailəsindən yadigar qalan güldanı adını açıqlamayan qadın 2 min avroya hərracda satışa çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Çin mədəniyyətinə məxsus "Tianqiu-ping" tərzində olan güldan sonda 7.7 milyon (13 milyon 53 min manat) avroya satılıb.

Buna səbəb isə hərracdakı 30 alıcının əşyanın 18-ci əsrə aid olduğunu iddia etmələri olub. Qadın isə onun 20-ci əsrdə hazırlandığını bildirib.

Qeyd edək ki, ağ-mavi rəngli güldanın üzərində 9 əjdaha şəkliylə buludlar əks olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.