Maraqlı

Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq?

6 Oktyabr 2022 22:50
Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həmd" - "Fatihə" surəsində 7 sirr vardır.

Ozamankı Roma imperatoru, Bəni Abbas xəlifəsinə yazdığı məktubda bildirir: "Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən bu 7 hərfi olmayan surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. O yeddi hərf bunlardan ibarətdir: s,c, x, z, ş, z, f.

Biz hər nə qədər tədqiq etdiksə, İncil və Tövratda belə bir surə tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?".

Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar bu suala cavab verməkdən aciz qalırlar. Nəhayət bu sualı Həzrət İmam Hadidən (ə) soruşurlar.

Həzrət İmam Əliyyən-Nəqi (ə) cavabında buyurur: "O, surə - "Həmd" surəsidir. Bu yeddi hərf orada yoxdur".

Soruşurlar: "Bəs bu yeddi hərfin o surədə olmamasının fəlsəfəsi nədir?".

Həzrət (ə) buyurur:

"1. S hərfi - səbura (həlak olmaq) işarə edir.

2. C hərfi - cəhimə (cəhənnəmin dərəcələrindən birinin adıdır) işarə edir.

3. X hərfi - xəbis (napak) sözünə işarə edir.

4. Z hərfi - zəqquma (cəhənnəmin xüsusi yeməyi) işarə edir.

5. Ş hərfi - şəqavət (bədbəxtlik) sözünə işarə edir.

6. Z hərfi - zülmət sözünə işarə edir.

7. F hərfi - afət (bəla) sözünə işarə edir".

Xəlifə də bu cavabı Roma imperatoru üçün yazır. Roma imperatoru bu məktubdan çox xoşhal olur. İslam dinini qəbul edir və dünyadan müsəlman halda gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.