Maraqlı

Firon Həzrət Musanın elmindən niyə qorxurdu?

4 Oktyabr 2022 23:40
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinin nəzərinə görə cihad - Allah yolunda malından, canından keçməyə şamil olunur. Bəziləri belə düşünür ki, böyük cihad deyildikdə də, Allah yolunda döyüşmək nəzərdə tutulur.

Ancaq Quranın nəzərinə görə, əkbər cihad - düşmənlə elmi cihad etməkdir. Əkbər cihad odur ki, kafirlərin insanların fikri üzərində olan hakimiyyətini aradan aparmaq üçün səy göstərəsən və çalışasan.

Böyük cihadın hədəfi odur ki, insanlar münasib fəzaya malik olsunlar. Bu fəzada düzgün baxışa və inanca malik olsunlar.

"Loğman" surəsi bizlərə buyurur ki, əkbər cihad düzgün baxışa və əqidəyə, elmə malik olmaqdır. "Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə.

Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm". ("Loğman" 15).

Bu ayə bir daha xəbərdarlıq edir ki, elmi cihad tarix boyu həmişə olmuş və olmaqdadır. Haqla batilin davası həmişə mövcud olmuşdur.

İnsan bu cihad sayəsində Allah yoluna qədəm basar və Allaha yaxınlaşar. Necə ki, cahil insanlar öz əqidələrini insanlara nüfuz etdirməyə çalışdıqları kimi, aqil insan bunun əksini edər. Onları cəhalət və xurafatdan xilas etmək üçün səy göstərər. Bu yolda isə ən böyük silahı - elmi olar.

Yuxarıdakı ayə buyurur ki, cahil və fasid insanlar daima hərəkətdədirlər. Onların qarşısını almaq üçün möminlərin çiyninə vəzifə düşür.

Yəni, mömin necə ki, döyüş meydanında vuruşaraq səy göstərir, elmi cihadda da səy göstərməli və çalışmalıdır. Əks halda insanlar cahillərin hakimiyyəti altına düşər və yollarını azarlar.

Bu səbəbdən idi ki, Firon başqa din, əqidə və fikri əməlləri qadağan etmişdi. O, deyirdi ki, başqa əqidə və dinə malik olmaq istəyirsənsə, gərək məndən icazə alasan.

Əgər belə insanlara rast gəlirdisə, onlara ağır işgəncələr verir və qətl edirdi. Çünki yaxşı bilirdi ki, onu məğlub edə bilən tək silah - fikri və elmi cihaddır.

"Firon dedi: "Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm"". ("Ğafir" 29).

Xanım Asiyanın işgəncə və şəhadəti bu sözlərin aydın nişanəsidir.

Beləliklə deyə bilərik ki, böyük cihad elmi və fikri cihaddır və hər bir mömin bu cihadda səy göstərməli və səhlənkarlıq etməməlidir. Çünki əks halda nəticəsi çox pis olacaqdır.

Allah Təala elmlərə yiyələnməkdə və elmi yaymaqda bütün möminlərə müvəffəqiyyət versin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.