Maraqlı

İmam Həsən Əskəri İmam Mehdinin dünyaya gəlişi barədə nə deyib?

4 Oktyabr 2022 23:20
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox rəvayətlərdə bu mövzuya işarə olunmuşdur. Musa ibn Cəfər ibn Vəhəb Bağdadi deyir...

İmam Əskərinin (ə) belə buyurduğunu eşitdim:

(کأنّى بکم وقد اختلفتم بعدى فى الخلف منّى، أما أنّ المقرّ بالأئمّة بعد رسول اللَّه المنکر لولدى کمن أقرّ بجميع أنبيآء اللَّه ورسله ثم أنکر بنبوّة محمّد رسول اللَّه (ص

"Elə bil, sizi məndən sonra canişinim barədə ixtilafa düşmüş (halda) görürəm. Agah olun! Həqiqətən, hər hansı bir şəxs Allah Rəsulundan (s) sonra imamları təsdiqləyib, ancaq oğlumu inkar etsə, o, bütün Allah peyğəmbərləri və elçilərini təsdiq edib, Allah elçisi Muhəmmədin peyğəmbərliyini inkar etmiş şəxs kimidir" ("Biharul-ənvar", c.51, səh.160, hədis.6).
Osman ibn Səid Əmri atasından belə eşitdiyini deyir: Əbu Muhəmməd Həsən ibn Əlidən (ə) atalarından rəvayət olunmuş "yer üzü Qiyamət gününə qədər Allahın yaratdıqları üzərində höccətindən məhrum ola bilməz və zəmanəsinin İmamını tanımadan ölən şəxs cahiliyyət ölümü ilə ölmüşdür" xəbəri barədə soruşuldu və mən də onun yanında idim. Dedi (ə):

إنّ هذا حقّ کما أنّ النهار حقّ. فقيل له: يابن رسول اللَّه! فمن الحجّة والإمام بعدک؟ فقال: ابنى محمّد وهو الإمام والحجّة بعدى، من مات ولم‏يعرفه مات ميتة جاهلية

"Həqiqətən, bu, həqiqətdir. Necə ki gün həqiqətdir (Yəni günün mövcudluğu bizim üçün aşkar olduğu kimi, bu məsələ də həqiqətdir)".
Ona deyildi: "Ey Allah elçisinin oğlu! Sizdən sonra höccət və imam kimdir?"

Dedi: "Oğlum Muhəmməd. O, məndən sonra imam və höccətdir. Onu tanımadan ölən kəs cahiliyyət ölümü ilə ölmüşdür (bu ölüm ona görə cahiliyyət ölümü kimi təqdim edilmişdir ki, hər hansı bir şəxs İmamı qəbul etmədən və ya bu barədə araşdırma aparmadan ölərsə, bu ölüm cahil ölümü kimi vəsf edilmişdir) ("Biharul-ənvar", c.51, səh.160, hədis.7).

Əhməd ibn İshaq deyir: İmam Həsən Əskərinin (ə) belə buyurduğunu eşitdim:

الحمد للَّه الذى لم‏يخرجنى من الدنيا حتى أرانى الخلف من بعدى أشبه الناس برسول اللَّه (ص) خَلقاً وخُلقاً

"Həmd Allaha məxsusdur ki, məndən sonrakı xələfi (canişini) görmədən məni dünyadan aparmadı. O, yaradılış və əxlaq baxımından insanlar arasında Allah elçisinə ən çox bənzəyəndir" ("Kəmalud-din", səh.408, hədis.7; "Biharul-ənvar", c.51, səh.161, hədis.9).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.