Maraqlı

Xəstəliklərə və qəmə qalib gəlmək üçün Məsumların tövsiyə etdiyi dualar

29 Sentyabr 2022 22:10
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Səccad (ə) buyurur: "Nə zaman sizlərdən birinə müsibət üz verərsə, kamil dəstəmaz alsın, iki və ya dörd rükət namaz qılsın.

Namazın sonunda desin:

یا مَوْضِعَ کلِّ شَکوی، وَ یا سامِعَ کلِّ نَجْوی، وَ یا
شاهِدَ کلِّ مَلَأٍ،

وَعالِمَ کلِّ خَفِیةٍ، وَ یا دافِعَ ما یشآءُ مِنْ بَلِیةٍ،
یا خَلیلَ ابْراهیمَ، وَ یا نَجِی

مُوسی، وَ یا مُصْطَفِی مُحَمَّدٍ صَلَّی اللَّهُ عَلَیهِ وَ
آلِهِ، ادْعُوک دُعآءَ مَنِ

اشْتَدَّتْ فاقَتُهُ، وَ قَلَّتْ حیلَتُهُ، وَ ضَعُفَتْ
قُوَّتُهُ، دُعآءَ الْغَریبِ الْغَریقِ،

الْمُضْطَرِّ الَّذی لایجِدُ لِکشْفِ ما هُوَ فیهِ الَّا
انْتَ، یا ارْحَمَ الرَّاحِمین

Tərcüməsi: "Ey hər şikayət yeri və hər sirr sözü eşidən! Ey hər cəmdə hazır olan! Hər gizlidən agah olan, ey özün istədiyin bəlaları uzaqlaşdıran, ey İbhrahimin (ə) dostu! Ey Musaya (ə) nicat verən! Ey Muhəmmədi (s) seçən!

Səni çağırıram o kəs kimi ki, ehtiyacı çox, çarəsi az, gücü zəif olmuşdur. Kimsəsiz kimi giriftar olmuşdur ki, giriftarlığını aradan aparmaq üçün səndən başqa kimsəsi yoxdur. Ey mehribanların ən mehribanı".

İmam Cəfər Sadiq (ə) buyurur: "Qəm və qüssəni aradan aparmaq üçün qüsl alırsan və 2 rükət namaz qılırsan. Sonra deyirsən:

یا فارِجَ الْهَمِّ، وَ یا کاشِفَ الْغَمِّ، یا رَحْمنَ الدُّنْیا
وَالْأخِرَةِ وَ رَحیمَهُما،

فَرِّجْ هَمّی وَاکشِفْ غَمّی، یا اللَّهُ الْواحِدُ الْأَحَدُ
الصَّمَدُ، الَّذی لَمْ یلِدْ وَ لَمْ

یولَدْ، وَ لَمْ یکنْ لَهُ کفُواً احَدٌ، اعْصِمْنی وَ طَهِّرْنی، وَ
اذْهَبْ بِبَلِیتی

Tərcüməsi: "Ey giriftarlıqları açan, ey qəmləri aradan aparan, ey dünya və axirətin bağışlayan və mehribanı!
Giriftarlıqlarımı aç, qəmimi aradan apar.

Ey tək olan yeganə Allah! Məni (günahdan) saxla və məni pak et. Bəlanı məndən uzaq et!".

Sonra "Ayətül-kürsü"nü, "Fələq" və "Nas" surəsini oxuyursan".

Məsumlardan (ə) gələn hədisdə oxuyuruq ki, nə zaman qəm sənə qalib gəlsə, səcdəyə get və 100 dəfə de:

یا حَی یا قَیومُ، یا لا الهَ الَّا انْتَ، بِرَحْمَتِک
اسْتَغیثُ، فَاکفِنی ما
اهَمَّنی، وَ لا تَکلْنی الی نَفْسی

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.