Maraqlı

Payızın ən dəbli və dəbsiz rəngləri açıqlandı - FOTOlar

13 Avqust 2022 13:30
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Voice" jurnalının redaktorları 2022-ci ilin payızı üçün ən dəbli rəngləri sıralayıblar. Müvafiq seçim nəşrin saytında yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, siyahıya narıncı, qırmızı, ağ və şokolad rəngləri daxil edilib. Qeyd olunur ki, bu çalarlar "Fendi", "Bottega Veneta", "Louis Vuitton" və "Prada" kimi dəbdəbəli brendlərin kolleksiyalarında geyim və aksesuarlarda olub.

Bundan başqa, materialın müəllifləri "Veri Peri" çalarını (zəngin bənövşəyidən daha incə lavandaya qədər dəyişən çalar) xüsusilə qeyd ediblər. Xatırladaq ki, "Pantone" Rəng İnstitutu bu çaları 2022-ci ilin ən vacib rəngi seçib.

Ekspertlər həmçinin denimi (cins - red.) təqlid edən rəngi də vurğulayıblar.

Eyni zamanda, mütəxəssislər qarşıdakı mövsümdə göy rəngin əhəmiyyətsiz olacağını izah ediblər. Bunun əvəzinə mavi çalarlara üstünlük vermək tövsiyə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.