Vəfatından öncə İmam Əlini görüb, salam verən alim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Ayətullah Ağayi Hacı Ağa Hüseyn Təbatəbai Qumi, mərhum Hacı Seyyid Məhmudun oğludur. Hacı Seyyid Məhmud Qumun ehtirama malik olan tacirlərindən idi. Onun övladlarının əksər hissəsi tanınmış alim və ariflər olmuşdur.
O cümlədən: Hacı Ağa Əhməd, Hacı Seyyid Əbdulqasim, Hacı Seyyid İbrahim, Hacı Seyyid Fəxrələddin, Hacı Ağa Hüseyn.
Hacı Ağa Hüseynin məqamı qalan qardaşlarının məqamından daha yüksək idi. Fəzl və təqvasına görə müasir alimlərin xüsusi hörmətini qazanmışdı.
O, ibtidai təhsilini Qumda alır və sonra Nəcəf şəhərinə gedir. Mərhum Ağayi Seyyid Muhəmmədkazım Yəzdinin və Ağayi Axund Molla Muhəmmədkazım Xorasaninin, Hacı Mirzə Hüseyn Nurinin dərslərindən bəhrələnir.
Sonra Hacı Mirzə Muhəmmədtəqi Şirazidən dərs alır. 20 ildən çox təhsil almaqla məşğul olur. Məşhəd şəhərinin alimləri tərəfindən xüsusi hörmətə malik olur. Tehrana gəlir və sonra Kərbəlaya sürgün edilir.
On il Kərbəlada qalır və 1363-cü qəməri ilində İmam Rzanı (ə) ziyarət etmək üçün Məşhədə gəlir. Bir ay orada qalıb Tehrana qayıdır. Sonra Kərbəlaya gedir.
Onun elmi və təqva məqamı haqqında alimlər çox söz demişdilər. Mərhum Mühəddis Qumi onun haqqında deyir: "Allahın İmam Rzanın (ə) bərəkətinə görə mənə lütf etdiyi nemət bu idi ki, məni Əbi-məkarim və məhasin, Siqqətil-İslam, Seyyidil-Əccəl, Hüccətil-İslam Hacı Ağa Hüseyn Quminin evinə gətirdi.
Onun atasının səadətindəndir ki, ona elə övladlar əta olunmuşdur ki, alimlər və fəqihlərdirlər. Mən onun kimi müqəddəs ikinci zat görməmişəm. İnsanlıq sifətlərində ona yaxın ola bilən heç kəsi görməmişəm. Sanki varlığı təslim və riza ilə yoğrulmuşdur. Allaha tərəf ancaq səlim qəlblə gəlməkdədir".
Mərhum Ayətullah Ağayi Gülpayiqani nəql edir: "Bir gün nahar yeməyinə mərhum Ağayi Hacı Ağa Hüseyn Qumini və mərhum Ağayi Sədrini dəvət etmişdik. O gün Ağayi Sədri oruc olduğu üçün gələ bilmədi. Ağayi Hacı Ağa Hüseyn Qumi isə gəlmişdi.
Biz aş bişirmişdik və o, yeməkdən yeyib getdi. O, gedəndən sonra Ağayi Sədrinin göndərdi adam gəldi və dedi: "Alim deyir ki, o aşdan bir qədər mənə də versin ki, Ağayi Hacı Ağa Hüseyn Qumi onu o qədər təriflədi ki, meylim çəkdi". Alimin paklığı və sadəliyi məni çox heyrətləndirdi".
Alim xərçəng xəstəliyinə düçar olur və Bağdad şəhərində dünyasını dəyişir. Onun ziyarətinə gedən alimlər nəql edir: "Huşdan getmişdi və anidən özünə gəlib dedi: "Məni qaldırın". Yanındakılar elə bildi ki, sayıqlayır.
İkinci dəfə ciddi şəkildə yenə həmin sözü dedi: "Məni qaldırın ki, Həzrət Əmirəl-möminin (ə) gəlmişdir".
Onu əyləşdirdilər və bu halda İmama (ə) salam verdi və sonra dünyasını dəyişdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın sonu üçün qorxulu tarix: Fizikin 60 il əvvəlki apokalipsis proqnozu
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - (Video)
-
İsveçdən Polşaya üzüb keçən ilk insan: 56 saat fasiləsiz üzdü - (Video)
-
"Real"ın gənc ulduzu saxlanıldı
-
Məşhur britaniyalı bloqer Lənkəranda başına gələn hadisədən video paylaşdı
XƏBƏR LENTİ
-
Dünyanın sonu üçün qorxulu tarix: Fizikin 60 il əvvəlki apokalipsis proqnozu
-
"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Lili Alle ərinin başqa qadınlara aldığı əşyaların qəbzindən özünə don tikdirdi - (Foto)
-
Goranboyda yanğına görə təxliyə olunan sakinlər yaşayış ünvanlarına qaytarılacaq
-
Gözde Seda Altunerin dəyişimi gündəm oldu - (Foto)
-
Bu yayın ən çox transfer edən klubları bilindi
-
Niderland səfirliyi Azərbaycana təşəkkür edib
-
Taliska ağlayaraq "Fənərbağça"dan getdi
-
Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən blokladı
-
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırdı
-
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
-
"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - (Video)
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
İsveçdən Polşaya üzüb keçən ilk insan: 56 saat fasiləsiz üzdü - (Video)
-
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
-
"Real"ın gənc ulduzu saxlanıldı
-
Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
-
Məşhur britaniyalı bloqer Lənkəranda başına gələn hadisədən video paylaşdı
-
Kürdəmir və İmişlidə avtovağzal xidməti təşkil ediləcək
-
62 yaşlı türk aktrisanın bağında əyləncəli anlar: Çimərlik geyimində su davası - (Video)





