Maraqlı

Niyə bəzən möminlər məğlub olurlar?

9 Avqust 2022 23:10
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görəsən niyə bəzən möminlər məğlub olurlar? Bu sualın cavabında əvvəl deməliyik ki, qələbə sözünün mənası əslində çox genişdir.

Heç də həmişə zahiri və cismani qələbə mənasını daşımır. Bəzən qələbə - bir məktəbin, məfkurənin, ideyanın qələbəsidir. Əslində ən mühüm qələbə də elə budur.

Fərz edək ki, əziz Peyğəmbərimiz (s) apardığı döyüşlərin birində şəhid olsaydı da, onun gətirdiyi din yayılacaq və bütün dünyanı əhatə edəcəkdi. Çünki, İmam Əli (ə) kimi ixlaslı və dərin bilgili davamçıları var idi.

Əgər kimsə İmam Hüseynin (ə) Aşura günü şəhid olmasını məğlub olmaq hesab edirsə, dərindən yanılır. Çünki İmamın (ə) bu şəhadətdəki hədəfi - Bəni-Üməyyənin əsil simasını ifşa edib, əmr-be-məruf və nəhy-əz-münkər etmək, insanları cəddi Peyğəmbərin (s) dininə geri qaytarmaq idi.

Ona görə də İmamın (ə) şəhadət - qətiyyən məğlubiyyət deyil, əslində qələbə idi. Çünki İmam (ə) həqiqətən də öz hədəfinə çatmışdı.

Mühüm olanı budur ki, tarix boyu bütün İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) öz hədəflərini həyata keçirə bilmişdilər, baxmayaraq ki, şəhid olmuşdular. Ancaq özlərindən sonra qoyub getdikləri miras, onların məktəbini davam etdirmiş və hədəflərini yerinə yetirmişdir.

Qələbə sözünün başqa bir mənası da düşmənə tədricən qələbə çalmaqdır.

Bəzən bir nəsil gəlir və qələbə çala bilmir, ancaq ondan sonrakı nəsil bu hədəfi yerinə yetirir. Bunun özü də qələbə hesab olunur.

Ühüd döyüşündə Peyğəmbər (s) səhabələrinə qələbə müjdəsini vermişdi. Müharibənin ilk əvvəlində qələbə çalmışdılar. Ancaq bir dəstə qənimət toplamaq arzusu ilə öz vəzifələrini unutduqları üçün döyüşü uduzurlar.

Bir dəstə Həzrətin (s) yanına gəlir və deyirlər ki, bəs sən bizə qələbəni müjdə vermişdin? Onların cavabını Qurani-Kərim verir və buyurur: "Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra, itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə, sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir". ("Ali-İmran" 152).

Bu ayədən də göründüyü kimi, o kəslər ki, Peyğəmbərin (s) əmrindən çıxıb öz şəxsi mənfəətləri ardınca getmişdilər, onlar bu döyüşün məğlub olmasına səbəb olmuşdular.

Beləliklə deyə bilərik ki, qələbə sözünün mənası genişdir və bəzən başqalarının məğlubiyyət hesab etdiyi zamanlar əslində heç də məğlubiyyət deyildir, mahiyyətcə qələbənin başqa bir növüdür.

Çünki qələbə bəzən zahirdə, bəzən batində baş verir. Zahirdə baş verən qələbələrin özü də bəzən tez və bəzən də tədrici olaraq baş verir. Batini qələbələr isə zahirdə məğlubiyyət kimi görünsə də, bir məktəbin hədəfini yerinə yetirmiş olur ki, həqiqi qələbə də məhz budur, Aşura məktəbinin yerinə yetirdiyi hədəf kimi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.