Maraqlı

Peyğəmbərimizə ən yaxın insan kimdir?

9 Avqust 2022 22:10
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü sizlərin mənə ən yaxın olanı - doğru danışan, əmanətdar olan, əhdinə vəfa edən, xoş əxlaq olan və insanlara ən yaxın olanıdır".

Ayətullahul-üzma Seyid Əli Xamenei cənabları bu hədisin şərhində buyurur: "İnsanların bizə tapşırdıqları hər şey - insanların əmanətidir. Vəzifəni bizə tapşırırlar. Əmin-amanlığı bizə tapşırırlar. Dinlərini bizə tapşırırlar. Bütün bunlar bizim əlimizdə olan insanların əmanətləridir.

... Bir bəndə bir vəzifədə qərar tutur, bir başqası başqa vəzifədə. Biri qazidir. Biri təlim və tərbiyə üçün məsuldur. Biri imam-camaatdır. Bütün bunlar bizim əlimizə verilən əmanətlərdir. Hər kim əmanəti daha yaxşı əda edərsə, Həzrət Rəsula (s) daha yaxın olar".

Ən doğru danışan insan.

Qiyamətin dayanacaqlarında insan üçün çox sayda dəhşətli və qorxulu anlar olacaqdır. Bu yerdə mömin ilə qeyri-mömin arasında fərq olmaz.

İnsan belə bir mövqedə söykənə biləcəyi bir dayaq axtarar. Belə bir vəziyyətdə insana daha çox əmin-amanlıq ruhiyyəsi verən şəxs - Həzrət Peyğəmbərdir (s). Hər kim özünü o Həzrətə (s) yaxınlaşdıra bilərsə, daha çox əmin-amanlıqda qərar tutar.

Bu, əməl dünyasıdır və bura hesab dünyasıdır. Ona görə də insanın əməli bu məqamda ona ya yardım edər, ya da daha zəlil hala salar. Əgər həyatda doğru danışan olmuşdursa, bu zaman Həzrətə (s) yaxın olan bəndələrdən olar və Qiyamətin dəhşətli hadisələrindən xilas olar.

Əmanətdar insan.

O kəs ki, hamıdan daha çox əmanəti əda edərsə, Həzrət Peyğəmbərə (s) daha yaxın olar. İstər pul olsun, istər mal olsun, istərsə də əldə etdiyi elm.

Ən vəfalı insan.

Mömin o kəsdir ki, əhdinə və verdiyi sözə sahib çıxar və ona əməl edər. Yəni, əhdinə vəfalı olar. Bu insanı həm başqa insanlar sevər, Allah yanında və deməli, Peyğəmbər (s) yanında məqamı uca olar.

Xoş əxlaq olan.

İnsanı Məsumlara (ə) yaxın edən əməllərdən biri də xoş əxlaqlı olmaqdır, xüsusilə insanlarla, ailəsi ilə, valideynləri və yaxınları ilə.

İnsanlara yaxın olan.

Yəni, insanların dərdinə yanan və onlara qarşı laqeyd olmayan bəndələr. Bu insanlar başqa insanları Allahın himayəsində olan ailə kimi görər və əlindən gələn heç nəyi onlardan əsirgəməz və onlara bacardığı qədər xidmət edər. Onlara qarşı təkəbbür etməz, əksinə, təvazökar olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.