Maraqlı

Ayaq göbələyindən ev şəraitində xilas olmağın yolları - Düyü unu və alma sirkəsini...

2 Avqust 2022 23:30
0 Şərh     Baxış: 1 146

Ayaq göbələyi bir çox insanların problemidir. Xəstəlik ayaq barmaqlarının qabıqoyması və qaşıntı ilə müşahidə edilir.

Bəs bu xəstəliyin simptomları nələrdir? Ondan necə xilas ola bilərik? Medicina.az bu mövzuda köməklik edəcək.

Ayaq göbələyi rütubəti və nəmi sevir. Sadaladığımız stuasiyalarda göbələk sürətlə inkişaf edir. Ayaq göbələyi olanlar digər insanların əşyalarını istifadə  etdikdə onları asanlıqla bu xəstəliyə yoluxdururlar. Tərlik, corab, ayaqqabı, dəsmal və hamamda ayaqaltı sözügedən xəstəliyin sürətlə inkişaf etdiyi yerlərdir.

Ayaqda göbələk bişməcə, qaşıntı, pis qoxu, qanlı yara və iltihablanma ilə müşahidə olunur.

Ayaq göbələyinin təsirləri

• Ayaqda qabıqlamaya səbəb olur

• Pis qoxu yaradır

• Şiddətli qaşıntı

• Qoxu və qıcıqlanma ilə yanaşı alregik reaksiyalarla da biruzə verir

Ayaq göbələyinin səbəbləri

• Ayağınızın həddindən çox tərləməsi

• Uzun müddətli və ayağınızı sıxan ayaqqabılar geyinmək

• Yaş zəmində gəzmək

• İctimai idman mərkəzlərindən istifadə etmək

• Çox adamın istifadə etdiyi hovuzdan istifadə etmək   

• Duş aldıqdan sonra ayaqlarınızı və barmaq aralarını qurulamamaq     

• Ortaq pedikür dəsti ilə ayaqlarınıza qulluq elətdirmək

Ayaq göbələyi keçicidirmi?

Ayaq göbələyi sürətli şəkildə yoluxur. Keçicilik xüsusiyyətinə görə ailə üzvlərinin birində varsa qalanlarına da ötürülür. Xüsusilə gözəllik salonları, idman mərkəzləri, çimərlik, hovuz, məscid kimi ümumi sahələr infeksiyanın yayılmasına stimul verir. Bundan əlavə ayaqqabı, çorab, terlik, dəsmal və s. kimi ümumi məhsullar ayaq göbələyinin asan yoluxmasını təmin edir. Bu sebebdən sağlamlıq baxımından ayaq göbələyi infeksiyasına yoluxmamaq üçün başqasının şəxsi əşyalarından istifadə etməməlisiniz.

Ayaqda göbələyin qarşısını almaq üçün nə edilir?

• Ayaqlarınızı hər gün yuyun

• Corablarınızı hərgün dəyişin

• Pambıq və təri çəkən corablar geyinməyə üstünlük verin

• Ümumi istifadə edilən yaş yerlərdə ayaqyalın hərəkət etməyin

• Əgər ailə üzvünüzün birində ayaq göbələyi varsa, ortaq əşyalar istifadə etməyin

Ayaq göbələyindən ev şəraitində xilas olmaq:

Alma sirkəsi

Alma sirkəsinin tərkibində olan turşular bakteriyaları məhv edir. Bir qab alma sirkəsi götürün içərsinə biraz su və 1 fincan alma sirkəsi əlavə edib qarışdırın. Ayaqlarınızı hazırlanan məhlulda bir müddət saxlayın. Bundan başqa, alma sirkəsini pambığa töküb göbələk olan yerə tətbiq edin. Kompresi bir saaat həmin nahiyədə saxlayın. Daha sonra adi su ilə ayağınızı yuyun.

Düyü unu və alma sirkəsi

Düyü unu göbələk əleyhinə olan vasitələrədəndir. Düyü unundan ayaq göbələyinin müalicəsində müsbət nəticə əldə edilir. Biraz düyü unu ilə alma sirkəsini xəmir halına gələnə kimi qarışdırın. Daha sonra göbələk olan nahiyəyə tətbiq edin. Biraz gözlədikdən sonra ayağınızı yuyun. 2 həftə bu üsulu tətbiq edin.

Soda-natrium karbonat

Ayaq göbələyi üçün soda effektlidir. Natrium karbonatda olan fermentlər dərini yumşaldır. Yarım fincan suyun içərisinə biraz soda əlavə edib qarışdırın. Göbələkli nayihədə tətbiq edib, 10 dəqiqə gözlədin. Daha sonra ilıq su ilə durulayın. Bu üsulu hərgün davamlı olaraq etməyiniz məsləhətlidir.

Sarımsaq və zeytun yağı

Sarımsağın tərkibi bioloji-aktiv maddələrlə zəngindir. Sarımsağın anti-bakterial təsirləri, müxtəlif orqan və toxumalarda olan göbələk xəstəlikləri üçün çox əhəmiyyətli bitkidir. Zeytun yağı ilə doğranmış sarımsağ qarışıdırıb qaynadın. Hazırlanan qarışığı süzüb soyuması üçün gözləyin. Daha sonra əldə edilən məhsulu pambıq vasitəsi ilə göbələkli yerə çəkin. Müəyyən müdət keçdikdən sora ayağınızı yuyun. Hərgün davamlı şəkildə tətbiq etməyiniz

məqsədəuyğundur.

Spirt

Göbələyə səbəb olan bakteriyaları öldürmək üçün spirtdən istifadə edə bilərsiniz. Tərkibində spirt çox olan içkilərdən də yararlanmaq olar. Spirti göbələk olan yerə çəkin tam qurumasını gözləyin. Daha sonra ilıq su ilə yuyun.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics