Maraqlı

Bakıya gəlmək üçün maraqlı addım atıb

25 İyul 2022 23:27
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiprin "Aris" klubunun azarkeşlərindən biri Bakıda "Neftçi"yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu stadiondan izləmək üçün maraqlı addım atıb.

Milli.Az "report"a istinadən bildirir ki, fanat bilet pulunu toplamaq məqsədilə həyat yoldaşı ilə birlikdə komandanın qapıçısı Vana Alvesin kartondan hazırladıqları maketini satışa çıxarıb.

Klub azarkeşə fədəkarlığına görə təşəkkür edib.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda "ağ-qaralar" rəqibinə 0:2 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.