Maraqlı

Çaydan yarım milyondan çox pul tapılıb

22 İyul 2022 18:45
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yarım milyondan çox yapon yeni Yaponiyanın Toyama şəhərinin sakinlərinin önündə çayda üzüb.

Milli.Az bildirir ki, SoraNews24 nəşrinin diqqətini çəkən hadisə videoya çəkilib.

Çərşənbə axşamı, iyulun 19-u günorta saatlarında şəhər əhalisi axının çoxlu sayda kağız vərəqləri daşıdığını gördü. Diqqətlə nəzər saldıqda sakinlər başa düşdülər ki, bunlar sadəcə kağız parçaları deyil, 10 min yenlik (72 dollar) əskinasdır - Yaponiyada istifadə edilən ən böyük əskinaslar.

Söhbət kiminsə cüzdanından düşən bir-iki yendən yox, pul axınından gedirdi. Çaydan ümumi dəyəri 600 min yen (4 340 dollar) olan ən azı 60 əskinas çıxarılıb. Pul polisə təhvil verilib.

Sosial media istifadəçiləri gözlənilməz pul axınından təsirləndilər. "Şübhəli görünür" deyə onlardan biri yazıb. "Bu pulun hansısa cinayətlə əlaqəsi olmalıdır, elə deyilmi?" başqa biri soruşdu. "Bu, çirkli pulların yuyulmasıdır" deyə üçüncüsü zarafat etdi. "Məncə, kimsə sərxoş olub və təsadüfən pulu suya atıb", - deyə başqa bir istifadəçi yazıb.

Qanuna görə, sahibinin üzə çıxması və pulunu tələb edəcəyi təqdirdə, polis tapıntını üç ay saxlayacaq. Bu baş verməsə, pul onu tapana veriləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.