Maraqlı

Yay qarderobunuzun əvəzolunmazı - FOTO

24 İyul 2022 19:51
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onu kimin və nə vaxt icad etdiyini söyləmək çətindir, lakin ağ cins şalvar ənənəvi olaraq yay qarderobunun əsas elementlərindən biri hesab olunur. Onlar rahatdır, çoxyönlüdür və istənilən yerdə geyinə bilərsiniz: ofisdən tutmuş romantik görüşə qədər.

Milli.Az yayın ən dəbli 4 kombinini hazırlamağın üsulunu təqdim edir.

Ağ köynək

Ağ ümumi görünüş çox səy göstərmədən zərif bir dizayn yaratmağın ən asan yoludur. Əlbəttə ki, obrazın daha maraqlı görünməsi üçün mürəkkəb aksesuarlardan istifadə edə bilərsiniz, lakin ağ cins şalvar və klassik köynək kombinasiyası kifayət qədər uğurlu seçimdir. Dəstə bir cüt ağ və ya bej sabo əlavə edin və bu paltarda şəhər ətrafında gəzintiyə çıxın.

Qırmızı köynək

Ağ cins şalvarları fransızsayağı da geyinmək olar: bunu etmək üçün onları vintaj üslublu bluz ilə birləşdirin. Bu, isti havalarda parisli qızların tez-tez istifadə etdiyi sevimli texnikadır. Yeri gəlmişkən, vintaj bluzu ikinci əl mağazalardan və ya ananızın geyimləri arasından axtarmağı məsləhət görürük.

Mayka

Bu mövsüm maykalar bluzların tam hüquqlu əvəzlərici rolunda uğurla çıxış edirlər. Fəşn blogerlər isə onun dəb arenasına qayıdışını layiqincə qiymətləndirir. Əgər belə dəb ekspetimentlərinə hələ hazır deyilsinizsə, trikotaj köynəyi ağ cins şalvarla birləşdirin. Təzadlı dəri kəmər, qalın dabanlı "şəp-şəplər" əlavə edin və bu yayın ən rahat stilini yaradın.

Krop-toplarla

Yayın istisində yüngül üst geyimdən yaxşısı yoxdur. Bu geyim parçası bir neçə mövsümdür ki, dəbdən düşmür və yaxın bir-iki ildə də çıxmaq ehtimalı azdır. Zərif çiyinləri vurğulayan belə krop-toplar cins şalvarla əla qalır. Bu kombini həm idman ayaqqabıları, həm də dikdaban sabolarla geyinmək olar.

Klassik köynək

Bütün situasiyalar üçün çoxyönlü kombinasiya! Təzad təşkil edən bir rəng seçmək daha yaxşıdır: köynəkdə hər an isti ola bilər və onun yoxluğunda obraz solmamalıdır. Rəng sxemi neytral saxlanıla bilər, lakin biz parlaq rənglərə müraciət etməyi məsləhət görürük - bu mövsüm onlar həmişəkindən daha aktualdır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.