Maraqlı

Bir salxım üzüm 10,7 min dollara satılıb

15 İyul 2022 21:22
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə günü İsikava prefekturasında keçirilən hərracın iştirakçısı nadir "Roma yaqutu" növündən olan üzümün bir salxımına 1,5 milyon yen (10,7 min dollar) ödəyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, NHK telekanalının yaydığı məlumata görə, bahalı üzümü yerli otellər şəbəkəsinin nümayəndəsi alıb. Onun sözlərinə görə, cəmi 27 üzüm dənəsindən ibarət salxım otelin qonaqları üçün xüsusi bir ziyafət olacaq.

"Roma yaqutu" yapon seleksiyaçılar tərəfindən 2008-ci ildə yetişdirilib. Standartlara uyğun olaraq elit üzüm meyvəsində şəkərin miqdarı 18 faizdən az olmur. Buna görə də "Roma yaqutu" şirniyyat həvəskarları arasında xüsusi populyarlıq qazanıb.

Yaponiyada bir sıra meyvə və giləmeyvə növləri yüksək qiymətləndirilir. Onların qiyməti bir neçə min, hətta bəzən on minlərlə dolları ötə bilir. Məsələn, 2019-cu ildə "yubari" sortundan olan zərif ətirli bir cüt qovun 45 min dollara satılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.