Maraqlı

Qadın otbiçən maşını ilə qonşularının toyunu pozdu - VİDEO

23 İyun 2022 19:30
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın evin qarşısındakı ot biçməyə başlayıb və qonşuların toyunu pozub.

Milli.Az bildirir ki, kadrlarda bəylə gəlinin qonaqların iştirakı ilə mərasim keçirilməsi əks olunub. Nikah bağlama vaxtı gələndə qonşu otbiçən maşını işə salıb səsindən gəlinin sözləri eşidilməyib.

Qadının həmin gün mərasimi görməsinə və yəqin ki, əlavə səs-küyə ehtiyac olmadığını başa düşməsinə baxmayaraq, niyə ot biçmək qərarına gəldiyi məlum deyil. Yayımlanan videoda eqoist qonşuya Karen ləqəbi verilib (Karen xüsusi imtiyazlara malik olduğuna inanan və qalmaqal etməyi sevən ağdərili qadınların kollektiv obrazıdır).

Videoya 2000-ə yaxın şərh gəlib. "Bu, məkan üçün pul ödəmədiyiniz zaman dözməli olduğunuz bir şeydir. Qonşunun istədiyi vaxt biçmək hüququ var idi", - istifadəçilərdən biri yazıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.