Maraqlı

Qarajda qarşılaşan boz ayıların davası kameralara düşdü - VİDEO

23 İyun 2022 20:37
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya ştatında şəxsi evin qarajında ​​qarşılaşan iki boz ayının davası müşahidə kamerası tərəfindən qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, evin sahibəsi Liza Kuik qəribə səslərdən oyandığını və bunun ayı nəriltisi olduğunu anladığını deyib. Qadın ayının yenot və ya koyotla döyüşdüyünü zənn edib.

"Hər gün ayılar görürəm, amma onların öz aralarında döyüşməsinə heç vaxt rast gəlməmişəm", - deyə amerikalı bildirib.

Saut Leyk Taho şəhərinin sakini həmçinin ayıların qonşuluğunda yaşamağı xoşladığını qeyd edib. Onun sözlərinə görə, vəhşi heyvanlar bir qayda olaraq, onları qovmağa çıxanda ərazini tərk edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.