Maraqlı

Həzrət Aminənin dilindən əziz Peyğəmbərimizin (s) dünyaya gəlişinin hekayəsi

2 İyul 2022 22:20
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bildiyimiz kimi, Böyük İslam Peyğəmbəri (s) çox kiçik yaşlarından həm atasını və həm də anasını itirmişdir. Anası Aminə xanım Həzrəti (s) necə dünyaya gətirdiyini belə nəql etmişdir:

"O zaman ki, doğum zamanı yaxınlaşdı, gördüm ki, bir ağ quş qəlbimə qanadlarını sürtdü və bütün nigarançılıqlarım və qorxularım aradan getdi. Mənim üçün ağ rəngli içəcək gətirdilər, mən də susuz olduğum üçün onu içdim. Məni nur əhatə etdi.

Sonra uzun qaməti olan bir qadın mənimlə söhbət etməyə başladı. Ancaq danışığı insanların danışığına bənzəmirdi. Gördüm ki, ağ rəngli ipək parçanı səma ilə yer arasına çəkdilər.

Səmada əyləşən kişiləri gördüm. Onların əllərində qədəhlər var idi. Yerin şərqinə və qərbinə nəzər saldım. İpəkdən olan bir bayraq gördüm ki, sütunu yaqutdan idi və Kəbənin arxasında dalğalanırdı. Ondan sonra Muhəmməd (s) dünyaya gəldi, o halda ki, əllərini göyə qaldırmışdı.

Ağ parça göydən yerə endi və onu əhatə etdi. Danışan deyirdi: "Muhəmmədi (s) yerin şərqində və qərbində və dənizlərdə gəzdirin ki, hamı onu adı və səsi ilə tanısın".

Sonra onu geri qaytardılar və gördüm ki, onu süddən də ağ parçaya büküblər və altında da yaşıl ipək parça var idi.

Onun yanında mirvaridən olan üç açar var idi. Çarçı dedi: "Yardım, rəhmət və nübuvvət açarları həmişə onunladır".

Sonra başqa bir külək onu aldı və birinci dəfədən daha çox müddətdə onu özü ilə apardı.

Eşitdim ki, danışan deyir: "Muhəmmədi (s) şərq və qərbdə gəzdirin. Onu cinlərə, insanlara, quşlara və vəhşi heyvanlara nişan verin. Ona Adəmin (ə) səfasını, Nuhun (ə) nazik qəlbini, İbrahimin (ə) dostluğunu, İsmayilin (ə) dilini, Yusifin (ə) kamalını, Yəqubun (ə) şadlığını, Davudun (ə) səsini, Yəhyanın (ə) zöhdünü, İsanın (ə) kərəmini əta edin".

Sonra carçı dedi: "Bütün dünya Muhəmmədin (s) ixtiyar və qüdrətindədir".

Sonra üç nəfəri gördüm ki, üzləri günəş kimi parlayırdı. Birincinin əlində müşklə dolu gümüş qədəh var idi, ikincisinin əlində dörd tərəfli zümrüd qab var idi ki, hər tərəfində ağ mirvari qərar tutmuşdu. Bu zaman carçı dedi: "Ey Allahın həbibi! Bu, dünyadır. Onu qəbul et".

Muhəmməd (s) onun ortasında qərar tutdu.

Danışan dedi: "Muhəmməd (s) Kəbəni tutdu".

Üçüncü şəxsin əlində ağ ipək parça var idi ki, onu açdı və ondan bir möhür çıxartdı ki, ona baxanı özünə cəlb edirdi. Ondan sonra onu su olan həmin qədəhdə yeddi dəfə yudu və Muhəmmədin (s) çiyninə onunla möhür vurdu.

Ağzının suyunu körpənin ağzına tökdü. Onu danışmağa vadar etdi. Elə şeylər dedi ki, mən başa düşmədim. Məgər bu sözlərdən başqa: "Sən - ən üstün insansan. O kəs ki, sənin davamçın olar - səadətlidir. O kəs ki, əmrinə itaət etməz - bədbəxtdir".

Bu mələk həmin Rizvan idi, yəni behiştin gözətçisi idi. Getdi və bir müddət sonra geri qayıtdı və Muhəmmədə (s) dedi: "Müjdə olsun sənə, ey dünya və axirətin başı ucası!".

Sonra Muhəmmədin (s) başından bir nur qalxdı və səmaya qədər getdi. Mən Şamda olan sarayları gördüm ki, ətrafında qanadlarını açmış gözəl quşlar var idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.