Həccə getməyən, amma həcci qəbul olunan kişinin əhvalatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abdullah Mübarək həccə ilk səfərində mərasimi yerinə yetirdikdən sonra rahat şəkildə yuxuya gedir. Yuxuda bir mələk onun yanına gəlir və Abdullah onu görən kimi soruşur: "Bu il həcc əməlini yerinə yetirmək üçün neçə nəfər gəlmişdir?".
Deyir: "300 min nəfər".
Soruşur: "Onların neçəsinin həcci qəbul olmuşdur?".
Deyir: "Az hissəsinin".
Abdullah bu cavabdan çox pərişan oldu və dedi: "Bu insanlar dünyanın müxtəlif yerlərindən həcci yerinə yetirmək üçün özlərini əziyyətə və çətinliyə salıblar. İndi isə çox az hissəsinin həcci qəbul olmuşdur?".
Mələk deyir: "Bir kişi Dəməşqdə yaşayır və adı Əli ibni Müvəffəqdir. Baxmayaraq ki, həccə gəlməmişdir, ancaq həcci qəbul olmuşdur. Allah da həccə gələnlərin əməllərini ona xatir qəbul etmişdir".
Abdullah yuxudan ayılan kimi niyyət edir ki, Dəməşqə getsin. Ora çatan kimi həmin Əlinin evinə gedir və gördüyü yuxusunu ona danışır.
Ona deyir: "Məni gördüyün işdən agah et!".
O, deyir: "Mən adı-şanı olmayan yamaq vuranam. Uzun illər həccə getməyi arzu etmişəm. Nəhayət böyük əziyyətlə yol xərcimi toplaya bildim ki, 300 dirhəm edirdi.
Xanımım hamilə idi. Getməyimə bir neçə gün qalmış o, mənə dedi: "Bu gecə qonşunun evindən mənim burnuma dadlı yeməyin iyi dəymişdir. Onların evinə get və mənim üçün bir az gətir".
Qonşunun evinə getdim və bişmiş o yeməkdən bir qədərini istədim.
Qonşu göz yaşı töküb dedi: "Bir neçə gün idi ki, uşaqlarım heç nə yemirdilər. Qüdrətləri olmadığından heç danışa da bilmirdilər. Bu gün bir xarabalıqdan bir murdar heyvan tapdım. Çarəsiz ondan yemək hazırladım. O, ət əgər bizə halaldırsa, sizə haramdır".
Qəlbim qonşumun bu halına yandı və evimə qayıtdım. Yol üçün topladığım o 300 dirhəmi götürüb qonşuma verdim. Dedim ki, bu pulu övladların üçün xərclə".
Abdullah deyir: "Bu zaman başa düşdüm ki, öz şəhərindən çıxmamış Əlinin həcci niyə qəbul olmuşdur. Hər kimin həcc səfəri üçün niyyəti xalis olar, Əlinin həcci kimi qəbul olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
XƏBƏR LENTİ
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib





