Maraqlı

Yəqinin 3 nişanəsi. Şəkkin 4 hissəsi. Yəqinə çatanın 6 əlaməti

26 May 2022 23:55
1 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqinin 3 nişanəsi. Şəkkin 4 hissəsi. Yəqinə çatanın 6 əlaməti

İmam Sadiq (ə) buyurur: "Xoşluq və rahatlıq - razılıq və yəqindədir. Qəm və qüssə isə şəkk və narazılıqda".

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Heç bir zaman qəlb, haqqın batil olmasına və batilin haqq olmasına yəqin etməz".

İmam Sadiq (ə) buyurur: "Həris iki sifətdən məhrum olar və nəticədə iki şey onunla olar: qənaətdən məhrum olar - nəticədə rahatlığını əldən verər. Razı olmaqdan məhrum olar - nəticədə yəqini əldən verər".

İmam Əli (ə) buyurur: "Möminin əməlində yəqin görünər. Münafiqin əməlində isə şəkk".

Həzrət Əmirəlmöminin (ə) başqa yerdə buyurur: "Üç şey yəqinin nişanələrindəndir:

- arzunun qısa olması,

- əməldə ixlas,

- dünyaya qarşı rəğbətsizlik".

İmam Əli (ə) buyurur: "Şəkkin dörd hissəsi vardır:

- danışıqda mübahisə etmək,

- qorxmaq,

- ikiürəkli olmaq,

- ruzigarın hadisələrinə təslim olmaq.

O kəs ki, mühabisə və dava etməyi adəti qərar verər - şübhənin zülmətindən çıxa bilməz.

O kəs ki, hər şeydən qorxar - davamlı olaraq geri çəkilməkdə olar.

O kəs ki, ikiürəkli olar - şeytanın ayağı altında əzilər.

O kəs ki, hadisələrə təslim olar - dünya və axirətinin məhv olmasına boyun əyər, hər iki dünyanı əldən vermiş olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Yəqinə çatan insanın 6 nişanəsi olar:

1. Allahın haqq olmasına yəqinlik əldə edər - çünki Ona iman gətirmişdir.

2. Yəqini olar ki, ölüm haqdır - ona görə də ona qarşı diqqətli olar.

3. Yəqini olar ki, Qiyamət haqdır - ona görə də rüsvaylıqdan qorxar.

4. Yəqini olar ki, behişt haqdır - ona görə də ona müştaq olar.

5. Yəqini olar ki, cəhənnəm haqdır - ona görə də ondan xilas olmaq üçün çalışar.

6. Yəqini olar ki, hesab haqdır - ona görə də özü-özündən hesab çəkər".

İmam Sadiq (ə) buyurur: "Allah yanında yəqin sayəsində olan az və davamlı əməl, yəqini olmayan çoxlu əməldən daha üstündür".

İmam Rza (ə) buyurur: "İman - İslamdan bir dərəcə yüksəkdir. Təqva - imandan bir dərəcə yüksəkdir. Adəm övladına yəqinlikdən üstün heç bir şey verilməmişdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.