Maraqlı

Haram yolla dünyaya gələn övlad günahkardırmı?

24 May 2022 23:50
0 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zina - sağlam cəmiyyətin və Allahın nəzərində ən alçaq bir əməllərdəndir. Zinakar bunu hiss edər və ona görə də əməlini gizlədər ki, insanlar tərəfindən məzəmmət olunmasın.

Zinakar yaxşı bilir ki, əgər onun kim olduğunu bilsələr, onunla düşmən kimi rəftar edəcəklər. Bütün bu hisslər istər-istəməz zinazadəyə təsir göstərər.

Varislik yolu ilə bu rəzil sifət bəzən nütfəyə keçər. Ona görə də zinazadə də bəzi vaxt günah haqqında düşünür və şər işlər yerinə yetirir. Cəmiyyətin saleh insanları ilə həmişə dava halında olur.

Amma əlbəttə ki, haram yolla dünyaya gələn övladın bunda heç bir günahı yoxdr. O, hansı yolu seçməyi özü müəyyən edir. O, gözəl bir mömin də ola bilər, günahkar valideyninin yolu ilə gedib, haram iş sahibi də ola bilər.

Əgər zinadan dünyaya gələn insan kamillik yolunu seçirsə, onun əcri də böyük olur.

Haramzadə günah yolunu seçirsə, adətən zalımın biri olur.

İbni Ziyad (lən) - buna aydın misaldır. İraqda hökumət edən zaman etmədiyi şər iş qalmamışdı. Zülmü sevir və məzlumları incidirdi. Hətta Peyğəmbər (s) övladına belə əli qalxır və onu qətl edir. Sonrada başlarını kəsib nizəyə taxdırır. Ailəsini əsir götürür və Şama göndərir.

İmam Hüseyn (ə) şəhid olandan sonra, onun zalın hökumətinə qarşı çıxan kimsə qalmır. Onun bu əməllərinin izahı yoxdur. Çünki onun xəmiri günahla yoğrulmuş və şərə doğru meyilli etmişdir.

Hər bir halda deyə bilərik ki, Allah bu dünyaya gətirdiyi hər bir insana ixtiyar vermişdir. Onun xeyir və ya şər olması öz seçimindən asılıdır. Eləcə də zinazadə də bu seçimdən azad deyildir. Allah heç bir insanı xeyir və ya şər iş görməyə məcbur etməz.

Bu insanın məhz öz seçimi olar. Bəzi hallarda zinazadələr şər işlərə meyil edər və insanlara zülm etməkdən ləzzət alarlar. Onlara bu hiss onlara varislik yolu ilə keçmişdir. Amma, çox dürüst və saleh insan da ola bilər.

Seçim - özünündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.