Maraqlı

Şərab beyinə təsir edir - Bu kişilərə içmək olmaz

22 May 2022 22:25
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərab-çaxır sinir sistemi və baş beyinə mənfi təsir edir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, həkim diyetoloq Yelena Solomatina sinir sistemi xəstəliyi, beyin problemi, təzyiqi olanlara şərab içməyi tövsiyə etməyib.

"Parkinson, Altsheymer, demensiya, epilepsiya, sinir, beyin xəstəliyi olan, təzyiqi yüksək, insulta meyilli, insult keçirmiş, əl-ayaqlarında uyuşma olanlar, beynində hər hansı şiş olanlar bu içkilərdən uzaq durmalıdır".

Şərabda olan orqanik turşusu mədə-bağırsağın selikli qişasını aşılayır. Ona görə qastrit, xorası olanlar da çaxır içməsin.

Alkoqol təzyiqi içildiyi andan 10 dəqiqə ərzində qanı damarlarda güclü qovub, təzyiqi qəfil qaldırır, sonra isə eynilə kəskin salır.
Bu da orta yaşlı və yaşlı insanlarda, təzyiq, şəkər xəstələrində ürək probleminə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.