Maraqlı

Qonağın haqqı nədir?

17 May 2022 21:50
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs İslam dini qonağa hörmət etməyi müsəlmanın üzərində olan mühüm vəzifələrdən biri kimi təqdim edir. Hətta bunu, imanlığın şərti kimi də tanıdır. Həzrət Fatimeyi-Zəhra (s.ə) buyurur: "Hər kimin Allaha və Qiyamət gününə imanı olar - qonağına hörmət edər".

Nəql edilir ki, bir kişi Həzrət Peyğəmbərin (s) yanına gəlib aclıqdan şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi. Amma onlar dedilər: "Sudan başqa bir şeyimiz yoxdur". Peyğəmbər (s) buyurdu: "Bu kişini bu axşam kim qonaq aparar?".

Əli ibn Əbu Talib (ə) dedi: "Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam".

Sonra Həzrət Fatimənin (s.ə) yanına gəlib dedi: "Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?". Həzrət Fatimə (s.ə) dedi: "Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutar, qabağa salarıq".

Həzrət Əli (ə) buyurdu: "Ey Muhəmmədin (s) qızı! Uşaqları yatızdır və çıraqları söndür".

Həzrət Əli (ə) səhər Peyğəmbərin (s) yanına gəlib baş verənləri Həzrətə (s) danışandan sonra çox keçmədi ki, Allah Təala "...özlərindən üstün tutarlar ..." ayəsini nazil etdi.

Qonağın evdə əyləşməyinin ədəbi barədə İmam Baqir (ə) buyurub: "Sizlərdən biri qardaşının evinə gedən zaman ev sahibinin dediyi yerdə otursun. Çünki, ev sahibi öz evinin quruluşunu qonaqdan daha yaxşı bilir".

Məsumlarımızın (ə) buyuruşlarında qonağın haqqına da işarə edilib. İmam Rza (ə) buyurur: "Qonağın sənin üzərində olan haqqı odur ki, (gedən zaman) onunla qapının ağzına qədər birlikdə olasan". (Yəni, yola salasan).

Mübarək dinimiz bildirir ki, qonaq özü ilə xüsusi bərəkət gətirər. Həzrət Peyğəmbər (s) buyurur: "Qonaq o zaman ki, möminin evinə daxil olar, özü ilə birlikdə min bərəkət və min rəhməti olar. Allah qonağın yediyi hər tikəyə görə ev sahibi üçün bir həcc və bir ümrə (savabı) yazar".

Allahın Peyğəmbəri (s) buyurub: "Qonaq özü ilə ruzisini gətirər və ev əhlinin günahlarını aparar".

Amma İslam dini qonağa görə özünü xüsusi əziyyətə salmağı, israf etməyi bəyənmir. Və bu zaman qonağın narazılıq etməsi də pislənir.

Allahın Peyğəmbəri (s) buyurub: "Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər".

Allahın Peyğəmbəri (s) buyurub: "Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır".

İmam Sadiq (ə) buyurub: "Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək".

İmam Rza (ə) buyurub: "Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi.

Həzrət (ə) buyurdu: "Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən".

Ərz etdi: "Nəyi söz verim, ey Əmirəl-möminin (ə)?".

Buyurdu: "Bayırdan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgəməyəsən, arvad-uşağına əziyyət verməyəsən".

Ərz etdi: "Bu şərti qəbul edirəm, ey Əmirəl-möminin (ə)".

Bununla da, Əli (ə) onun dəvətini qəbul etdi"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.