Maraqlı

Quranın qalası olan surə - “Bəqərə” surəsinin məqamı

16 May 2022 23:20
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəqərə" surəsi Mədinədə nazil olmuşdur və 286 ayəsi vardır. Bu surənin belə adlandırılmasının səbəbi orada Bəni-İsrayilin inək macərasının nəql edilməsinə görədir. Bu surə - Quranın ən uzun surəsidir. Bu surənin bütün ayələri bir dəfəyə nazil olmamışdır, müxtəlif zamanlarda nazil olmuşdur.

Belə görünür ki, bu surənin fəziləti ondadır ki, "Ayətül-kürsü" kimi ayələri vardır. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur:"Hər kim "Bəqərə" surəsinin ilk dörd ayəsini və "Ayətül-kürsü"nü və ondan sonrakı iki ayəni və üç son ayələri oxuyarsa, heç bir zaman can və malında naxoşluq görməz. Quranı unutmaz".

"Bəqərə" surəsi imanın insanın fərdi və ictimai həyatına qoyduğu təsirlərindən bəhs edir və elan edir ki, tək səadət yolu - Allaha iman bəsləməkdə və peyğəmbərlərin təlimlərinə sadiq qalmaqdadır. Bu surə üç hissədən təşkil edilmişdir.

Birinci hissədə imanın əhəmiyyətindən və məqamından bəhs olunmuşdur, ikinci hissədə Bəni-İsrayil qövmünün əhvalatları zikr edilmişdir. Orada bu zəlil qövmün Allaha və peyğəmbərinə itaətsizlik etməsindən söhbət açılmışdır.

Bu surənin üçüncü hissəsində tövhid dini olan İslamdan bəhs olunmuşdur və həmçinin bu dinin bir çox əhkamları bəyan edilmişdir.

Hədislərimizdə "Bəqərə" surəsi, xüsusilə də "Ayətül-kürsü" Quranın qalası adlandırılmışdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər şeyin qalası vardır və Quranın qalası - "Bəqərə" surəsidir. Bu surə elə bir ayə vardır ki, Quran ayələrinin sərvəridir və o, Ayətül-kürsüdür".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər şeyin qalası vardır və Quranın qalası "Bəqərə" surəsidir".

İmam Sadiq (ə) buyurur: "Hər şeyin qalası vardır və Quranın qalası Ayətül-kürsüdür. Hər kim bir dəfə onu oxuyarsa, dünya naxoşluqlarının min dənəsi və axirət naxoşluqlarının min dənəsi ondan geri qayıdar. Dünyanın ən asan naxoşluğu - yoxsulluqdur və axirətin ən asan naxoşluğu - qəbir əzabıdır. Mən dərəcəmin yüksəlməsi ümidi ilə onu oxuyuram".

Beləliklə deyə bilərik ki, Quranın qalası "Bəqərə" surəsidir və onun qala olmasının səbəbi də "Ayətül-kürsü" ayələrinə görədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.