Maraqlı

Marsın yeni şəkilləri dərc edildi - FOTO

13 Fevral 2022 14:10
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roskosmos" dövlət korporasiyası və Avropa Kosmik Agentliyinin (ESA) nümayəndələri Marsın Argir düzünün bir hissəsi və Huk kraterini göstərən yeni şəklini nümayiş etdiriblər. Foto ESA-nın rəsmi saytında dərc olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, şəkil 1 fevral 2021-ci ildə "ExoMars Trace Gas" orbitində "Cassis" kamerası tərəfindən çəkilib. Fotoşəkildə müxtəlif ölçülü və formalı daş qrupları, konusvari qum təpələri, silsilələr, zirvələri düz olan təpələr göstərilir. Ümumilikdə Marsda 30-a yaxın belə bölgə müəyyən edilib.

Burada ən diqqət çəkən xüsusiyyət, isti havanın sürətlə soyuq zonaya qalxması zamanı həm Marsda, həm də Yerdə baş verən toz burulğanlardır. Bu burulğanlar planetin səthində xüsusi izlər buraxır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.