Qarabağda qumarxana?.. - Turizm eksperti deputatın təklifinə qarşı çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Milli mentalitet baxımından Qarabağda kazinoların açılması yolverilməzdir".
Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin turist cəlbi üçün Qarabağ, Zəngəzur və Nargin adasında kazinoların açılması təklifinə münasibət bildirərkən deyib:
"Qarabağda və Zəngəzurda kazinoların açılmasını dəstəkləmirəm. Amma Nargin adasında bu istiqamətdə addım atmaq olar. Bu məsələni müzakirə etməmişdən qabaq kazinoların yaranma tarixini diqqətlə izləmək lazımdır. Bu zaman görərik ki, dünyada Çində ayrıca bir ərazidə, Monte Karlo və ABŞ-ın Las Veqas şəhərində güclü kazino əraziləri var. Kazinolar üçün adətən ayrıca məkanlar ayrılır. Ora insanlar yaşayan yerlərdən xeyli uzaq olur. Kazinoda oynamaq istəyənlər dünyanın hər yerindən gələrək məhz bu yerlərə gedir və burada pullarını xərcləyirlər. Bəzən onlara otellərdə pulsuz yer də verirlər".
Ekspert bildirir ki, Azərbaycan mentaliteti, tarix və mədəniyyətini nəzərə alsaq, hər düşən yerdə kazino açmaq yolverilməzdir:
"Bir ara Bakının mərkəzində kazino açılmışdı, sonra ləğv edildi. Bir sözlə, Nargin adası və digər ayrıca təcrid olunmuş yerlərdə kazinolar açıla bilər. Las-Veqas vaxtilə ölü yer olub. Amma kazinoların açılması ilə həmin yer inkişaf etdi. Bu mənada qumarxana açılarkən yerin seçilməsi böyük əhəmiyyət kəsb edir. Qarabağda isə belə yerlərin açılması yolverilməzdir. Burada məktəblər, universitet filialları yaradılmalıdır. Həmçinin qış turizmi, sağlamlıq turizmini inkişaf etdirmək olar".
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında əyləncə turizminin inkişafı və turist cəlbi üçün Qarabağ, Zəngəzur və Nargin adasında kazinoların açılmasına icazə verilməsini təklif edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
“Barselona” Diomandedən imtina edib
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
XƏBƏR LENTİ
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
"Oktay Saral sabah istefa verəcək"
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
“Sabah”ın futbolçusu “Borussiya”ya transfer olunur?





