Maraqlı

"Instagram"da yeniliklər olacaq

8 Dekabr 2021 08:38
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnstagram" köhnə fotoların, bəyənmələrin və şərhlərin silinməsi funksiyasını tətbiq edəcəyini, həmçinin yeniyetmələrə tövsiyə olunan məzmunla bağlı siyasəti dəyişdirəcəyini vəd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, planlaşdırılan yeniliklər barəsində sosial şəbəkənin rəhbəri Adam Mosser açıqlama verib.

Onun sözlərinə görə, şirkət istifadəçilərin onları izləməyən yeniyetmələri etiketləmək və ya qeyd etmək imkanını ləğv edəcək. Həmçinin, moderatorlarla əlaqə saxlamadan uzun müddət əvvəl dərc edilmiş fotoları, şərhləri və ya bəyənmələri silmək mümkün olacaq.

Şirkət 2022-ci ildə valideynlər və qəyyumlar üçün övladlarının sosial şəbəkələrdə nə qədər vaxt keçirdiklərini görməyə imkan verən proqram təqdim edəcəklərini vəd edilb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.