Hadisə

Göyçayda polis xidməti maşınla velosipedçini vurdu

21 Noyabr 2021 09:54
0 Şərh     Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vurub.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə dünən, noyabrın 20-si gecə saat 22 radələrində baş verib.

Göyçay RPŞ-in əməkdaşı, polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də, həmin şəxs hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.