Hadisə

Gəncədə bir ailənin 7 üzvü zəhərləndi

21 Noyabr 2021 09:12
0 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2011-ci il təvəllüdlü Abdullayeva Nuray Təbriz qızı, 1984-cü il təvəllüdlü Abdullayeva Tamam Bayram qızı, 2010-cu il təvəllüdlü Abdullayev Kənan Təbrız oğlu, 1989-cu il təvəllüdlü İmanova Sevda Şahin qızı, 2015-ci il təvəllüdlü İmanova Kamran Elvin oğlu, 2014-cü il təvəllüdlü İmanova Zəhra Elvin qızı, 1961-ci il təvəllüdlü Abdullayeva Fazilə Əkbər qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərin normal olduğu bildirilir.

İlkin məlumata görə, şəhər sakinləri yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların hamısı bir ailənin üzvüləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.