Hadisə

Bu il sərxoş sürücülər 6 nəfərin ölümünə səbəb olub

10 Noyabr 2021 17:18
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 2021-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 15 hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, baş vermiş qəzalar nəticəsində 6 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 73,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində 2021-ci ilin yanvar-sentyabr aylarında 1171 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,3 faiz artaraq 1547 nəfər olub. Onlardan 504-ü həlak olub, 1043-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 40,0 faizi gecə, 18,3 faizi isə toran vaxtı baş vermiş, 28,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.