Hadisə

Bakıda 16 yaşlı qız özünü 9-cu mərtəbədən atdı - YENİLƏNİB

15 Oktyabr 2021 12:10
0 Şərh     Baxış: 5 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:10

"16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır."

Bu barədə Trend-ə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

--------
09:37

Özünü Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan 16 yaşlı A.Eyvazova vəfat edib.

Qafqazinfo-nun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

-------
07:43

Bakıda yeniyetmə qız intihara cəhd edib.

Milli.Az "report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.