Hadisə

Bakıda üç avtomobil toqquşub - FOTO

15 Oktyabr 2021 07:22
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda üç avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Yolötürücü tuneldə "Toyota" markalı avtomobilin sürücüsü Eldar İmanov nəqliyyat vasitəsini yol kənarında saxlayıb. Həmin sürücüyə kömək etmək üçün gələn eynimarkalı digər avtomobil də yaxınlıqda olub. Bu zaman yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobil hər iki "Toyota"ya çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.