Hadisə

Goranboyda yük maşını aşıb, yola buğda dağılıb - FOTO

22 Sentyabr 2021 23:45
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük yeri buğda ilə dolu olan "MAN" markalı yük maşını Gəncə istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, yük maşınının qoşqusundakı 20 tona yaxın buğda yol kənarına dağılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.