Hadisə

Lənkəranda dəhşət - 9 yaşlı oğlunun başını kəsib, intihar etdi - FOTO

3 Sentyabr 2021 15:54
2 Şərh     Baxış: 3 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda ata və oğulun çayda meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov kəndlərində keçən Ulum çayının kənarında oğlu, 2012-ci il təvəllüdlü Vahid Məmmədovun başını kəsərək qətlə yetirib. Sonra isə öz şah damarını da kəsib və çaya düşüb. Hadisənin dünən baş verdiyi ehtimal edilir. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Ş.Məmmədov bir neçə il bundan qabaq həyat yoldaşından boşanıb, oğlu anası ilə qalsa da, son 2 ayı atasıgilə gəlib. Daha əvvəl qatil ata özünü və oğlunu öldürəcəyi ilə bağlı həyat yoldaşını təhdid etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.