Hadisə

"011" "Vito" ilə toqquşdu - 5 nəfər xəsarət alıb

8 Avqust 2021 14:15
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda baş verən qəzada 5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Ucar rayonunun Bərküşad kəndində baş verib.

"VAZ 21011" markalı minik avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə Ucar rayon sakinləri - 1959-cu il təvəllüdlü Xankişi Sərxan oğlu Fərzalıyev, 1980 -cı il təvəllüdlü Çingiz Dadaş oğlu Məhərrəmov, 1956-cı il təvəllüdlü Qətibə Qüddəsər qızı Məhərrəmova, 2002-ci il təvəllüdlü Jalə Çingiz qızı Məhərrəmova və 1979-cu il təvəllüdlü Lalə Dadaş qızı Məhərrəmova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.