Hadisə

Daşkəsəndə mal-qara oğruları saxlanıldı - FOTO

5 Avqust 2021 17:54
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin iyul-avqist ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 3000 manat olan 4 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Həsən Orucov, Daşkəsən rayon sakini Orxan Paşayev və əvvəllər məhkum olunmuş Samux rayon sakini İlkin Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, ilkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.