Hadisə

Jurnalistlər binasından yıxılan qadınla bağlı - Rəsmi açıqlama

5 Avqust 2021 17:02
Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalistlər üçün tikilən 1-ci binada yaşayan media əməkdaşı Bahar Məmmədova binanın ikinci mərtəbədə yerləşən mənzilinin balkonundan yıxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən günbaş verib. Bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, jurnalistin vəziyyəti ağırdır, onun əməliyyata ehtiyacı var. Məlumata görə, hadisə baş verən gün B. Məmmədova Travmatologiya Xəstəxanasına yerləşdirilib. İddiaya əsasən, ona sarğı və gips qoyulduqdan sonra jurnalist ambulans vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) göndərilib. Yaxınları həkimlərin B. Məmmədovanı maddi vəziyyəti ilə əlaqədar digər xəstəxanaya göndərdiyini iddia ediblər. 

"Qafqazinfo" jurnalistin səhhəti ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə saxlayıb. O bildirib ki, adıçəkilən şəxs 4 avqust tarixində ET Travmatologiya və Ortopediya İnstitutuna daxil olub: "Xəstəyə müştərək travma, qarın boşluğunun küt travması, 3-cü bel fəqərəsinin kompression sınığı, 1-ci və 4-cü fəqərə çıxıntılarının sınığı, hər iki said sümüklərinin tipik yerdən yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili yerdəyişmiş sınığı, sol iç topuğun yerdəyişməyən kənari sınığı diaqnozu qoyulub.

ET Travmatologiya və Ortopediya İnstitutunda xəstənin hər iki said sümükləri ilkin olaraq repoziya, sağ baldır sümükləri "U" vari arxa gips langeti ilə fiksasiya edilib. Sol aşıq baldır oynağı sarğı olunub.

Xəstədə qarın boşluğunun küt travması və aşağı ətraflarda hissiyat pozğunluğu olduğu üçün 3 saylı Sabunçu Şəhər Xəstəxanasına təxliyyə edilib. Hazırda B. Məmmədova həkimlərin ciddi müşayiəti altındadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.