Hadisə

Bu videodakı narkotik alverçisi saxlanıldı - VİDEO - FOTO

4 Avqust 2021 15:14
0 Şərh     Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb. Həmin görütülər tərəfimizdən araşdırılıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.