Hadisə

Yardımlıda meşə yanğını davam edir - Helikopter cəlb olundu

3 Avqust 2021 12:12
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər mürəkkəb dağ relyefi şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.