Hadisə

Yanan məişət tullantıları deyil, su sayğacları imiş - FOTO

1 Avqust 2021 10:07
1 Şərh     Baxış: 2 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindəndən verilən məlumatda bildirilib ki, yanğın hadisəsi Suraxanı rayonunda, "Azərsu" ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş vermiş və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.

Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.