Hadisə

İsmayıllıda sürücü polisi döydü

26 İyul 2021 18:44
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 24-də İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İsmayıllı rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhəri, M.Orucov küçəsində xidmət apardığı zaman "BMW X5" markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov polis əməkdaşına müqavimət göstərməklə əlləri ilə Bəhram Bəhramlının üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Cinayət işi üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.