Hadisə

Həbsdən çıxdığı gün itkin düşdü

24 İyul 2021 10:54
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 14 il həbsdə olan şəxs azadlığa çıxdığı gün itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağcabədi rayon sakini İntizam Əmrahov 102 xidmətinə müraciət edərək bildirib ki, əmisi, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov iyulun 15-də Xəzər rayonunda yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra itkin düşüb.

Məlumata görə, E.Əmrahov 2007-ci ildə həbs edilib və iyulun 15-də 14 illik cəzasını başa vurduğu üçün azadlığa buraxılıb.

Ağcabədi rayonunun Aran kənd sakini Eyvaz Əmrahov 2007-ci ildə ailə-məişət zəminində Cəbrayıl rayon sakinləri Qədir Abbasov və Fərəc Qurbanovu bıçaqlayıb. Nəticədə xəsarət almış Q.Abbasov xəstəxanada ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.