Hadisə

Azərbaycanda dəhşətli qəza - "X5" mikroavtobusa çırpıldı, yaralılar var - VİDEO - FOTOlar

21 May 2021 16:28
Baxış: 2 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda minik avtomobili mikroavtobusla toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarağac kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus yol kənarında dayanan zaman sürətlə hərəkət edən "BMW" markalı minik avtomobili ona çırpılıb.

Qəza zamanı 3 nəfər Sabirabad rayon sakinləri - 1968-ci il təvəllüdlü Məmmədov Pərvər Sabir oğlu, 1983-cü il təvəllüdlü Abbasov Vasif Ələsgər oğlu və 1956-cı il təvəllüdlü Bayramova Əsmayə Xanbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.