Hadisə

Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

7 May 2021 16:38
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayonunda qadını evində qətlə yetirən şəxsin barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Astara rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 01 oktyabr 2020-ci il tarixdə Astara rayon sakini Aslanova Rəhimə Ağacan qızının yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilmişdir ki, rayon sakini Rüstəm Heydərov qeyd edilən tarixdə quldurluq niyyəti ilə Rəhimə Aslanovanın yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşya ilə xüsusi amansızlıqla sonuncunu qəsdən öldürüb.

Rüstəm Heydərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.