Hadisə

Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

7 May 2021 10:29
Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda binanın fasadında başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Mİlli.Az bildirir ki, Səbail rayon prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.