Hadisə

Qusarda narkotik becərən şəxs yaxalanıb - VİDEO - FOTO

21 Aprel 2021 12:59
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Nadir Şixmetov barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.